“Mən məşqçiyə heç bir təzyiq göstərmirəm və onu tənqid etmirəm. Komandanın mövsümə startı yaxşı alınmayıb. Amma artıq elə bir mərhələdəyik ki, bu oyunçu qrupu ilə ötən mövsüm gördüklərimiz klub üçün qəbuledilməz idi.
Onlar ötən mövsümün sonunda məşqçini dəyişdilər və Liverpool rəhbərliyi əslində belə deyirdi: ‘Bizim əlimizdə əla oyunçular var, sadəcə siz onlardan kifayət qədər faydalana bilmirsiniz.’ Yaxşı, bunu başa düşmək olar. Yeni məşqçi gəlir. Ona görə də indi deyə bilməzsiniz ki, yeni məşqçiyə transfer pəncərələri lazımdır.
Yeni məşqçinin gəlişindən hələ çox az vaxt keçib, amma bu oyunçular artıq uzun müddətdir ki, həqiqətən zəif çıxış edirlər.
Mövsümün başlanğıcı çox pis olub və Liverpool-un qarşısına da çətin rəqiblər çıxmayıb. Əslində Liverpool-un 10 xalı olmalı idi, ona görə də bu start həqiqətən məyusedicidir. Amma heç bir Liverpool azarkeşi hazırda məşqçini günahlandırmayacaq və ya onun fəaliyyətini sorğulamayacaq."