“Əlbəttə, məşqlərimizi davam etdirəcəyik, amma komandanın böyük hissəsi milli komandada olduğu üçün hazırda 4-5 futbolçu ilə məşq edəcəyik. Oyunçulara indi bir neçə gün istirahət verəcəyik, daha sonra burada qalan futbolçularla çalışmağa davam edəcəyik.
Digər futbolçular geri qayıtdıqdan sonra isə yaxşı hazırlaşacağıq. Çünki Manchester City ilə oyuna hazırlaşmaq üçün yəqin ki, üç gündən çox vaxtımız olmayacaq. Biz yalnız həmin oyuna deyil, qarşıdakı və kifayət qədər tələbkar olacaq oyunlar seriyasına da hazırıq.”