“Qarşılaşacağımız ən çətin rəqiblərdən biridir. Amma Premyer Liqa'da da çox güclü komandalarla oynayırıq. Atletiko'nu və onların bəzi oyunçularını kifayət qədər yaxşı tanıyıram.
Çempionlar Liqasındakı ilk oyunum üçün bundan daha yaxşı qarşılaşma ola bilməz. Bu oyun bizə hazırda hansı səviyyədə olduğumuzu göstərəcək. Cümə günü bəzi müsbət siqnallar verdik, amma gəlin görək, Atletiko'ya qarşı harada olduğumuzu daha dəqiq anlaya biləcəyik.”
🗣️ Mac Allister'in müqavilə vəziyyəti haqqında:
“Hamımızın məsuliyyətləri və klublarımızla müqavilələrimiz var. Birlikdə çox uzun müddətdir çalışmasaq da, o, bizim üçün çox vacib oyunçudur. Bu müqavilə məsələləri barədə danışmaq üçün hələ vaxtımız var.”
🗣️ Bradley Barcola haqqında:
“O, daha çox dəqiqə oynamağa hazırdır. Məşqləri kifayət qədər normal şəkildə davam etdirir. Sadəcə mövsüm öncəsi hazırlıq oyunlarında iştirak etməyib. Amma hazırda çox yaxşı vəziyyətdədir.”