“Flo ilə söhbətimiz çox xoş keçdi. Vaxtaşırı əlaqə saxlayırıq.
Düşünürəm ki, bu mövsüm Liverpool'da ən çox məsafə qət edən oyunçu odur. Yəni istək və çalışma əzmi tamamilə var. Biz ondan hər zaman xüsusi anlar gözləməkdən əl çəkməliyik. O, komandaya kömək etməlidir.
Əmin olmalıyıq ki, Flo özünü bizimlə rahat hiss edir. Komanda yaxşı işləyəndə hər bir oyunçu bunun nəticəsi olaraq özünü göstərəcək.
Wirtz'in bütün gücünü ortaya qoyduğu, lakin qol və ya assistlə yadda qalmadığı oyundan da razı qalmalıyıq. Sadəcə olaraq ona belə bir hiss verməliyik: ‘Bu gün etdiklərin kifayət qədər yaxşı idi. Sən komandaya kömək etdin. Biz 1:0 və ya 2:0 hesabı ilə qalib gəldik.’
Daha sonra dünyanın bütün ekspertləri oturub onun niyə hələ də uyğunlaşa bilmədiyini müzakirə edirlər. Halbuki bunun əksini söyləmək üçün də kifayət qədər səbəb var: ‘O, komandada hər şeyi düzgün edir. İndi isə növbəti addımları birlikdə ataq.’
Bu, həm Florian'a, həm də digər bütün oyunçulara aiddir.”