“Bu, onu Liverpool forması ilə gördüyüm ən pis performanslardan biri idi (Bournemouth oyunu). Daha əvvəl qol və assist saylarının kifayət etməməsi ilə bağlı onu tənqid etmişdim. Amma normalda Wirtz’i izləyəndə səliqəli və təmiz oynayan, topla yaxşı davranan bir futbolçu görürsünüz. Oyununda bəyəndiyiniz məqamlar olur.
Məni narahat edən isə budur ki, Florian Wirtz’in Liverpool’a gəldikdən sonra sadəcə formasız olduğunu düşünmürəm. Əslində, gördüyümüz səviyyənin onun real səviyyəsi olduğunu düşünürəm.
Liverpool’un Wirtz’i niyə transfer etdiyinə də qayıdıb baxmaq lazımdır. Yəqin ki, Szoboszlai’dən kifayət qədər hücum töhfəsi, yəni qol və assist ala bilmədiklərini düşünürdülər. Baxmayaraq ki, Szoboszlai topsuz oyunda komandaya daha çox şey verir.
Wirtz məhz buna görə transfer edildi və məsələ yalnız Wirtz deyil. Bunun komanda üzərində zəncirvari təsiri də var. Wirtz 10 nömrə mövqeyində oynayanda Szoboszlai mərkəz yarımmüdafiədə çıxış etməli olur. Mən isə Szoboszlai’nin mərkəz yarımmüdafiəçisi olduğunu düşünmürəm.
Yəni problem yalnız Wirtz’in yaxşı performans göstərə bilməməsi deyil. Bunun yarımmüdafiənin qalan hissəsində də domino effekti yaratdığını düşünürəm.”