“Mövsümün yenidən başlamasına çox şadam. Açığı, futboldan uzaq qalanda bunun üçün darıxırsan.
Özümü yaxşı hiss edirəm. Mövsüm öncəsi hazırlıq və mövsümün başlanğıcı da yaxşı keçib, bir neçə qol vurmuşam. İndi əsas məsələ bu ritmi qorumaqdır.
Ipswich'lə oyundakı çıxışım məhz necə oynamaq və necə qollar vurmaq istədiyimi göstərir. Bundan əlbəttə ki, razı qaldım. Amma dediyim kimi, hələ mövsümün əvvəlidir və belə davam etməliyəm.
Özümü yaxşı hiss edirəm, hər şeyin yaxşı getdiyini düşünürəm. Komanda olaraq da getdikcə daha yaxşı oluruq. Bu ritmi qorumaq istəyirik.”